2020-ci ildə Azərbaycanda 288,473 min ton pomidor istehsal olunub ki, bu da 2019-cu ilin göstəricisindən 33,2% çoxdur. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2020-ci ildə Azərbaycanda badımcan istehsalı 1,4% - 5,516 min tonadək, bibər istehsalı 30,1% - 350 tonadək, sarımsaq istehsalı 3,2 dəfə - 5,5 tonadək artıb.
Bununla yanaşı, hesabat ilində xiyar istehsalı 2,5% – 16,272 min tonadək, göbələk istehsalı 16,7% - 478,2 tonadək, soğan istehsalı 42% - 40,2 tonadək azalıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu məhsul Azərbaycanda mövcud olan 3,275 min istixanada yetişdirilib.*
X.Nəsirzadə