Azərbaycanda koronavirus infeksiyasına 145 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 232,636 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 154 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib, ölənlərin ümumi sayı 3 190 nəfərə çatıb.
Virusa yoluxmuş 227,271 min nəfər (sutka ərzində +155) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 2 min 175 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7216, ötən müddət ərzində isə ümumilikdə 2 milyon 528,61 min test aparılıb.*
B.Rüstəmbəyov