Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında telefon danışığı baş tutub. Bu barədə Kremlin mətbuat xidməti bu gün məlumat yayıb.
“Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarında təsbit edilmiş razılaşmaların icra edilməsi kontekstində Dağlıq Qarabağ ətrafında vəziyyətin müzakirəsi davam etdirilib (regionun sosial-iqtisadi inkişafı naminə Rusiya və Türkiyənin fəaliyyətinin əlaqələndirilməsi nəzərdə tutulur). Atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya Birgə Mərkəzinin fəaliyyətə başlamasından məmnunluq ifadə olunub", - deyə məlumatda qeyd olunur.*