Qarabağda hərbi əməliyyatlar zamanı 9 mindən çox hərbçi yaralanıb, itkin düşənlərin axtarışı davam edir. Bu barədə Ermənistan Baş Prokurorluğu bu gün məlumat yayıb.
“Hərbi əməliyyatlar zamanı 9 min 094 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb”, - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, ölən hərbçilərin dəqiq sayı hələ məlum deyil, meyitlərin identifikasiyası, itkin düşənlərin axtarışı davam edir. Təkcə 2020-ci ildə 3 min 389 hərbçinin meyiti identifikasiya olunub.
Bu gün Ermənistan Səhiyyə Nazirliyindən “İnterfaks”a verilən məlumata görə, Qarabağda hərbi əməliyyatlar zamanı ölən 3 min 577 hərbçinin meyitinin məhkəmə-tibbi ekspertizası aparılıb.*