"Gəncə Şərab -2” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağını 29 mart tarixinə keçirib.
İlkin olaraq səhmdarların növbədənkənar ümumi yığıncağı fevralın 8-nə çağırılmışdı. Lakin hazırda səhmdarlar bu tarixi martın 29-na keçiriblər.
“Yığıncağın gündəliyindəki əsas məsələ - hüquqi şəxsin yenidən təşkil edilərək təşkilati-hüquqi formasını dəyişməsi və ASC-nin MMC-yə çevrilməsidir”, - “İnterfaks-Azərbaycan”a cəmiyyətdən məlumat verilib. Bununla əlaqədar, səhmdarlar Milli Depozit Mərkəzindəki səhmlərinin dövriyyədən çıxarılması və ləğv olunması, Nizamnamənin yeni redaksiyada təsdiq olunması və digər məsələləri həll etməlidirlər.
“Gəncə Şərab-2” ASC 1998-ci ildə 2 saylı Gəncə şərab zavodunun bazasında yaradılıb və ölkədə şərab və araq istehsalı üzrə ən iri müəssisələrdən biridir. Müəssisədə geniş çeşiddə şərab və araq məhsulları, konyak və spirt istehsal edilir.**
A.Hüseynova