Azərbaycan İstanbul şəhərində Ticarət Nümayəndəliyi açacaq. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov bəyan edib.
“Yaxın gələcəkdə Azərbaycanın İstanbuldakı Baş Konsulluğu yanında Ticarət Nümayəndəliyi yaradılacaq. Bu, Azərbaycanın qardaş Türkiyə ilə iqtisadi-ticarət əlaqələrinin daha da genişlənməsinə töhfə verəcək”, - Cabbarov özünün Facebook səhifəsində yazıb. **
A.Əzizov