“Azərbaycan Hava Yolları” QSC (AZAL) martın 1-dən etibarən Bakı-Dubay-Bakı istiqamətində aviareyslər həyata keçirəcək.
“Bakı-Dubay-Bakı marşrutu üzrə reyslərə bilet satışı artıq başlanıb. Uçuşlar martın 1-dən etibarən həftədə iki dəfə - birinci və beşinci günlər yerinə yetiriləcək. Epidemioloji şərait qənaətbəxş olduğu təqdirdə martın 19-dan 29-dək olan dövrdə həmin marşrut üzrə uçuşlar hər gün həyata keçiriləcək”, - şirkət qeyd edir.
Reyslərə aviabiletləri aviaşirkətin rəsmisaytı vasitəsilə almaq mümkündür.
Bakı-Dubay istiqamətində aviareysin sərnişinlərinin nəzərinə: vizası olmayan və ya vizasının qüvvədə olma müddəti bitən sərnişinlər BƏƏ-yə əvvəlcədən viza rəsmiləşdirməlidirlər; Dubaya gəlməzdən əvvəl "COVID-19 DXB Smart App" tətbiqini yükləyərək qeydiyyatdan keçməlidirlər; koronavirus infeksiyasının olmadığını təsdiq edən arayış almalıdırlar.
Dubay-Bakı istiqamətində aviareysin sərnişinlərinin nəzərinə: Azərbaycana giriş hüququnu yoxlamalıdırlar; koronavirus infeksiyasının olmadığını təsdiq edən arayış almalıdırlar.
Hər iki istiqamətdə uçan sərnişinlərin nəzərinə:testin nəticəsinin reysin uçuşundan əvvəl 48 saat ərzində qüvvədə olduğuna əmin olmaq lazımdır. **
N.Abbasova