2021-ci ilin yanvar ayında Azərbaycana səfər edən əcnəbi vətəndaşların sayı 36,1 min nəfər təşkil edib, bu da ötən ilin yanvar ayının göstəricisindən 6,3 dəfə azdır. Bu barədə “İnterfaks-Azərbaycan”a Dövlət Statistika Komitəsindən məlumat verilib.
DSK-dən qeyd olunur ki, yanvarda ölkəyə səfərlərin əksəriyyəti turizm iklə əlaqədar olmayıb, bu da COVİD-19 koronaviryus pandemiyası və 2020-ci il mart ayından Azərbaycana səfərlərə qüvvədə olan qadağa ilə şərtlənir. Baş tutmuş səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə həyata keçirilib.
Ötən dövr ərzində ölkəyə gələnlərin 34,1%-i Rusiya Federasiyası, 28,4%-i Türkiyə, 13,1%-i İran, 11,7%-i Gürcüstan, 2,1%-i Ukrayna, 1,5%-i Böyük Britaniya, 1%-i Belarus, hər birindən 0,8% olmaqla Özbəkistan və Türkmənistan, 0,7%-i Qazaxıstan, 0,6%-i Almaniya, 0,5%-i İtaliya, 0,4%-i ABŞ, 0,3%-i Fransa, 4%-i digər ölkələrin vətəndaşları olub.
Ümumilikdə, gələnlərin 95,2%-ni kişilər, 4,8%-ni qadınlar təşkil edib.
Statistikaya əsasən, yanvarda Azərbaycana səıfər Aİ ölkələrinin vətəndaşlarının sayı 3,7 dəfə - 1,6 min nəfərədək, Fars körfəzi ölkələrindən – 7,3 dəfə - 4.8 min nəfərədək, MDB ölkələrindən – 5,6 dəfə - 14,4 min nəfərədək azalıb.
Hesabat dövründə vətəndaşların 72%-i dəmir yolu və avtomobil, 23,4%-i hava, 4,6%-i isə dəniz nəqliyyatı ilə Azərbaycana gəliblər.
Məlumata görə, yanvarda xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 15,6 dəfə - 27,8 min nəfərədək azalıb. Həmçinin, vətəndaşların 48,1%-i Türkiyə, 14,8%-i – Rusiya, 10,4%-i - Gürcüstan, 8.7%-i – İran, 18%-i – digər ölkələrə səfər edib.
“Xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 31,2%-i dəmir yolu və avtomobil, 60,7%-i hava, 8,1%-i dəniz nəqliyyatından istifadəedib”, - DSK-dən vurğulanıb.
2020-ci ilin yekunları üzrə Azərbaycana turist axını 795,7 min nəfər təşkil edib, bu da 2019-cu ilin göstəricisindən 4 dəfə azdır. Turist axının azalması COVİD-19-a görə qüvvədə olan məhdudiyyətlərlə əlaqədar olub. **
B.Rüstəmbəyov