Azərbaycan Baş Prokurorluğundan bəyan edilib ki, Qarabağda vəziyyətin eskalasiyası nəticəsində 93 nəfər qətlə yetirilib, daha 407 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
«27 sentyabr 2020-ci il – 10 noyabr 2020-ci il tarixləri ərzində düşmən tərəfin silahlı birləşmələrinin dinc əhalini atəşə tutması nəticəsində 12 azyaşlı və 27 qadın olmaqla 93 nəfər qətlə yetirilib. Həmçinin, 50 azyaşlı və 101 qadın olmaqla 407 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb”, - “İnterfaks-Azərbaycan”a Baş Prokurorluqdan bildirilib. **
R.Əhmədov