Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyinin pirotexniklərdən ibarət qrupu Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə işğaldan azad olunmuş torpaqlarımızın minalardan təmizlənməsi əməliyyatını davam etdirir. Bu barədə FHN-dən məlumat verilir.
“Bu günədək Qarabağda Azərbaycanın azad olunmuş ərazilərində 880 ədəd mina və 27 ədəd partlamamış sursat aşkar olunaraq müvafiq qaydada zərərsizləşdirilib”, - məlumatda qeyd olunur. Minalardan 390 ədədi piyada əleyhinə, 490 ədədi isə tank əleyhinə olan minalardır.
Xəbər verildiyi kimi, hazırda Azərbaycan və RF FHN-ləri Ağdam rayonunda əraziərin minalardan təmizlənməsi üzrə fəal iş həyata keçirir. **
B.Rüstəmbəyov