Bakı və Ankara İqtisadi Əməkdaşlıq üzrə Azərbaycan-Türkiyə Hökumətlərarası Komissiyanın 9-cu iclasının yekunları dair ikitərəfli münasibətlərin inkişafına yönələn Fəaliyyət Planı imzalayıb. Bu barədə Türkiyə Respublikasının vitse-prezidenti Fuat Oktay bəyan edib.
“Cümə günü Türkiyə ilə Azərbaycan arasında təsdiq olunan Protokol və Fəaliyyət Planı qarşılıqlı ticarət dövriyyəsinin $15 milyarda çatdırılması istiqamətində mühüm mərhələdir. Plana ikitərəfli münasibətlərin inkişafına yönələn 138 bənd daxildir”, - Oktay bildirib. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
Onun sözlərinə görə, erməni işğalından azad olunmuş Azərbaycan ərazilərinin bərpası məsələsi tərəflər üçün prioritetdir.
Öz növbəsində, Azərbaycanın baş naziri Əli Əsədov qeyd edib ki, rəsmi Bakı regionda bütün proseslərdə qardaş Türkiyənin mövqeyini dəstəkləməyə davam edəcək. “Bu gün biz bu məsələdə qətiyyətli mövqeyimizi bir daha təsdiq etdik”, - Əsədov bildirib.
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov vurğulayıb ki, imzalanmış Protokol və Fəaliyyət Planı “iqtisadi münasibətlərin dərinləşməsinə və yeni birgə layihələrin reallaşmasına töhfə verəcək” . **
A.Əzizov