SOCAR şirkəti dəniz obyektlərində çalışan əməkdaşların COVİD-19 koronavirus əleyhinə peyvənd olunmasına başlayıb.
Şirkətin məlumatında qeyd olunur ki, hazırlanmış plana əsasən, bütün dəniz neftçilərinin qısa müddətdə və mütəşəkkil qaydada peyvənd olunmaları üçün qrafik tutulmuş, zəruri tədbirlər görülmüşdür.
“Şirkətin dəniz obyektlərində 10 mindən çox işçi fəaliyyət göstərir», - SOCAR-dan vurğulanır.
Azərbaycanda vaksinasiya zamanı COVİD-19 əleyhinə Sinovac vaksinindən istifadə olunur. **
R.Əhmədov