1 yanvar 2021-ci il tarixinə Azərbaycanın dövlət borcu 16 mlrd. 938,6 mln. manat məbləğində və ya ÜDM-nin 23,4%-i səviyyəsində qiymətləndirilir. Bu barədə “İnterfaks-Azərbaycan”a Maliyyə Nazirliyindən məlumat verilib.
1 yanvar 2021-ci il tarixinə dövlət borcu 16 mlrd. 870,3 mln. manat təşkil edib. Beləliklə, ötən il dövlət borcu 0,4% artıb.
Məlumata görə, 2021-ci il yanvarın 1-nə dövlət borcunun strukturunda dövlət borcun 88,5%-i ($8 mlrd. 821 mln. vəya ÜDM-in 20,7%-i) xarici borcun, 11,5%-i (1 mlrd. 942,1 mln. manat və ya ÜDM-in 2,7%-i) daxili borcun payına düşür.
Eyni zamanda, 2020-ci ildə xarici borcun həcmi 3% azalıb, daxili borc isə 37,2% artıb.
Nazirlikdən vurğulanıb ki, 2021-ci il yanvarın 1-nə xarici borcun strukturunda $8 milyard 100,4 milyon hökumətin xətti ilə birbaşa borcun, $721,1 milyon – dövlət şirkətlərinin borcunun payına düşür.
Xəbər verildiyi kimi, hökumətin qiymətləndirmələrinə görə, 2025-ci ildə Azərbaycanın dövlət borcu $7,7 mlrd.-a qədər (ÜDM-nin 14,1%-i) azalmalıdır.**
A.Əzizov