Bu gün Ermənistan açıq səma altında vandallıq “muzeyi”dir. Azərbaycan Prezidenti Administrasiyasının xarici KİV ilə iş sektorunun müdiri Fuad Axundov belə hesab edir.
“Ermənistan dünyada yeganə ölkədir ki, bütün Azərbaycan memarlığını dağıdaraq, onu erməniləşdirərək, özünün memarlıq görünüşünü tam dəyişib. Əminliklə demək olar ki, bu açıq səma altında vandallıq “muzeyi”dir. Dünyada bu cür ikinci ölkə yoxdur”, - Axundov CBC TV kanalına müsahibəsində bildirib.
Həmçinin, Axundov izah edib ki, Ermənistan, Azərbaycan irsini təşkil edən tarixi, mədəni və dini abidələri məhv etdikdən sonra, şəhərləri yenidən inşa edib, bütün şəhərlərin və kəndlərin adlarını dəyişib.
“Yerli Azərbaycan əhalisini öz ölkəsindən qovan Ermənistan Azərbaycanın bütün tarixi irsini məhv edib, məhz bütün toponimləri və hidronimləri erməni adlarına dəyişib, o cümlədən, alban kilsələrin qədim memarlığını erməniləşdirib. Bütün Ermənistanın ərazisində azərbaycanlıların on minlərlə qəbirləri dağıdılıb”, - Axundov vurğulayıb. **
X.Nəsirzadə