Azərbaycanda koronavirus infeksiyasına 144 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 232,973 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 193 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib, ölənlərin ümumi sayı 3 195 nəfərə çatıb.
Virusa yoluxmuş 227,619 min nəfər (sutka ərzində +147) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 2 min 159 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 055, ötən müddət ərzində isə ümumilikdə 2 milyon 543,88 min test aparılıb.**
X.Nəsirzadə