Azərbaycanda koronavirus infeksiyasına 156 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 233,129 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 144 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib, ölənlərin ümumi sayı 3 198 nəfərə çatıb.
Virusa yoluxmuş 227,761 min nəfər (sutka ərzində +142) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 2 min 170 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 236, ötən müddət ərzində isə ümumilikdə 2 milyon 551,116 min test aparılıb.**
X.Nəsirzadə