Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov fevralın 23-də Türkiyəyə işgüzar səfər edəcək.
“C.Bayramov 23 fevral tarixində Ankarada keçiriləcək Azərbaycan Respublikası - Türkiyə Respublikası - Türkmənistan xarici işlər nazirlərinin üçtərəfli görüşündə iştirak etmək məqsədilə Ankaraya işgüzar səfər edəcək”, - deyə Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən məlumat verilib.*