Azərbaycan 2021-ci ilin yanvar ayında ərzaq məhsullarının idxalını 14,6% - $110 milyon 451,3 minədək artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Ərzaq idxalının strukturunda əsas həcm – 23 min 203,54 ton (azalma 53,5%) buğdanın ($5 milyon 900,59 min), 42 min 81,82 ton (artım 46,5%) meyvə-tərəvəz məhsullarının ($22 milyon 512,16 min), 2 min 357,85 ton (azalma 49,2%) ətin ($4 milyon 304,93 min), 10 min 340,59 ton (azalma 21,3%) bitki və heyvan mənşəli yağların ($13 milyon 939,75 min) payına düşüb.
2021-ci ilin yanvar ayında Azərbaycana $5 milyon 365,41 min dəyərində 1 min 70,35 ton kərə yağı (artım 6,3%) idxal edilib.
Hesabat dövründə Azərbaycana bütün idxalın 14,03%-i ərzaq məhsullarının payına düşüb.*
N.Abbasova