2021-ci ilin yanvar ayında Azərbaycana $41 milyon 958,43 min dəyərində əczaçılıq məhsulları idxal edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Yanvar ayında Azərbaycana $41 milyon 958,43 min dəyərində (artım 38,7%) 3 min 319,92 ton (artım 2,1 dəfə) əczaçılıq məhsulları idxal edilib.
2020-ci ildə Azərbaycana $377 milyon 145,01 min dəyərində (artım 27,2%) 22 min 673,04 ton (2019-cu ilin göstəricisi ilə müqayisədə artım 37,2%) əczaçılıq məhsulları idxal edilib.*
N.Abbasova