Prezident İlham Əliyev fevralın 22-də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” (ASCO) QSC-nin Müşahidə Şurasının tərkibini təsdiq edib.
Sərəncama əsasən, Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov Müşahidə Şurasının sədri təyin edilib.
Müşahidə Şurasının üzvləri Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Rəhman Hümmətov, Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin sədri, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Mətin Eynullayev, Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktorunun müavini Zaur Qurbanov və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Aparatının İqtisadi sahələrin maliyyəsi şöbəsinin müdiri Vüqar Məcidlidir.
Sərəncamın mətni dövlət başçısının saytında dərc olunub.
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev 2020-ci il noyabrın 6-da ASCO-nun Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi haqqında sərəncam imzalayıb.*
X.Nəsirzadə