Azərbaycanın qeyri-neft məhsullarının ixracatçıları Dubay şəhərində keçirilən “Gulfood 2021” beynəlxalq ərzaq sərgisində iştirak edirlər. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) məlumat verilib.
“Sərgidə 15 Azərbaycan şirkətinin pomidor, fındıq, balıq kürüsü, mineral sular, meyvə şirələri, limonad, qənnadı və un məmulatları, çay, mürəbbə və digər məhsulları “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirilir”, - deyə məlumatda bildirilir.
Sərgi fevralın 25-dək davam edəcək.*
X.Nəsirzadə