Azərbaycanda koronavirus infeksiyasına 72 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 233,201 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 156 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib, ölənlərin ümumi sayı 3202 nəfərə çatıb.
Virusa yoluxmuş 227,836 min nəfər (sutka ərzində +75) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 2 min 163 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 942, ötən müddət ərzində isə ümumilikdə 2 milyon 555,058 min test aparılıb.*
N.Abbasova