Azərbaycan Mərkəzi Bankı 2021-ci il fevralın 19-da “Mega Həyat Sığorta” ASC-yə həyat sığortası üzrə fəaliyyət lisenziyasını verib.
“Mega Həyat Sığorta”ya lisenziya 5 il müddətinə verilib”, AMB-nin Twitter səhifəsində məlumat verilir.
Beləliklə, Azərbaycanda fəaliyyət lisenziyası olan sığorta şirkətlərinin ümumi sayı 22-yə çatıb. Həmçinin, həyat sığortası üzrə xidmət göstərən şirkətlərin sayı 5-ə çatıb.
“Mega Həyat Sığorta” ASC 2019-cu il sentyabrın 17-də Azərbaycanın vergi orqanlarında qeydiyyatdan keçib. Şirkətin nizamnamə kapitalı 11 milyon manatdır. **
A.Əzizov