30 mart 2021-ci il tarixində “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Bu barədə ASC-nin elanında deyilir.
“Yığıncaqda səhmdarlar 2020-ci il ərzində şirkətin maliyyə hesabatını müzakirə edəcəklər», - şirkətin elanında deyilir.
“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC 31 avqust 2020-ci il tarixində dövlət qeydiyyatından keçib.Nizamnamə kapitalı 2 milyon 187,5 min manatdır. Şirkətin təsisçiləri 7 sığorta şirkətidir: "PAŞA Sığorta", "Qala Sığorta", "Meqa Sığorta", "Azərbaycan Sənaye Sığorta", "Xalq Sığorta", "Azsığorta" və "Bakı Sığorta" ASC. Hər bir təsisçinin payı - 312,5 min manat təşkil edir. **
Ə.Məmmədov