Azərbaycan hökuməti platin, qızıl və emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almazın ölkəyə idxalını 2023-cü ilin sonunadək aksizdən azad edir.
Bu, Milli Məclisin çərşənbə axşamı keçirilən plenar iclasında Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə əksini tapıb. Dəyişikliklər üçüncü öxunuşda qəbul olunub. Bu barədə “İnterfaks-Azərbayan”ın parlament müxbiri məlumat verir.
Öncə Azərbaycana 20 qram qızılın, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almazın idxalı aksizdən azad edilib. **
Ə.Məmmədov