2020-ci ildə Azərbaycan 125,771 min ton təzə xurma ixrac edib, bu da 2019-cu ilin göstəricisindən 13,9% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
2020-ci ildə xurma ixracından mənfəət $91 milyon 586,68 min təşkil edib (azalma 12,5%).
Bu məhsulun əsas ixrac həcmi Rusiyanın payına düşüb: ötən il ərzində Rusiyaya $85 milyon 299,59 min məbləğində (azalma 10,5%) 102,669 min ton təzə xurma ixrac edilib (azalma 13%). Ümumilikdə, ötən il Azərbaycandan təzə xurma ixracının 81,6%-i RF-nin payına düşüb.
2019-cu ildə Azərbaycan $104 milyon 659,84 min məbləğində 146,075 min ton təzə xurma ixrac edib. Bu məhsulun əsas ixrac həcmi (80,8%-i) Rusiyanın payına düşüb. **
B.Rüstəmbəyov