Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) İrandan gətirilən quru albuxaranın partiyasında kif göbələkləri aşkarlanması səbəbindən idxalını qadağan edib.
“İran İslam Respublikasında fəaliyyət göstərən “Trading MİREBRAHİM SEYED ALAEİ” müəssisəsi tərəfindən istehsal olunan və fiziki şəxs Ariz Nuriyev tərəfindən ölkəmizə idxal edilən 2.75 ton qurudulmuş albuxara məhsuluna Agentliyin müfəttişləri baxış keçirib. Baxış zamanı idxal olunan məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində məhsullarda kif göbələkləri aşkarlanıb”, - AQTA-nın məlumatında qeyd olunur.
Agentlik tərəfindən istehlaka yararsız məhsulların satış şəbəkəsinə daxil olunmasının qarşısı alınıb. Məlumat verilir ki, hazırda qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür. **
B.Rüstəmbəyov