Azərbaycanda koronavirus infeksiyasına 233 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 232,424 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 72 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib, ölənlərin ümumi sayı 3 204 nəfərə çatıb.
Virusa yoluxmuş 228,012 min nəfər (sutka ərzində +176) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 2 min 208 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 043, ötən müddət ərzində isə ümumilikdə 2 milyon 563,101 min test aparılıb.**
B.Rüstəmbəyov