2021-ci il fevralın 1-dən 21-dək Azərbaycan məktəblərində 225 şagirdin COVİD-19 koronavirus infeksiyasına yoluxma faktı aşkar olunub. Bu barədə Təhsil Nazirliyi məlumat verir.
2021-ci il fevralın 1-dən Azərbaycan məktəblərində əyani təhsil qismən bərpa olunub.
“1-21 fevral tarixlərində ölkə üzrə virusa yoluxmuş şagirdlərin sayı 225 (əyani tədrisə cəlb olunmuş şagirdlərin 0,03%-i), virusa yoluxmuş işçi heyətinin sayı 159 nəfər (ümumi işçi sayının 0,13%-i) təşkil edib”, - məlumatda deyilir.
Nazirlikdən bildirilir ki, formalaşan əlverişsiz epidemioloji vəziyyətlə əlaqədar, sinif və məktəblərin hir hissəsi distant təhsilə keçirilib. Belə ki, distant təhsilə keçirilmiş siniflərin sayı 84, distant təhsilə keçirilmiş məktəblərin sayı 4-dür. **
X.Nəsirzadə