Baş Prokurorluq Bakının Badamdar qəsəbəsində fərdi yaşayış evində 5 nəfərin cəsədinin aşkar olunması faktı ilə bağlı cinayət işi başlayıb.
“Şəxsiyyətləri müəyyən olunan həlak olan şəxslər 16-dan 49 yaşadək olan kişilərdir. Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb”, - Baş Prokurorluqdan məlumat verilir.
İlkin ehtimala görə, hadisə dəm qazından zəhərlənmə səbəbindən baş verib. **
B.Rüstəmbəyov