Çərşənbə axşamı Azərbaycan və Ukraynanın xarici işlər nazirləri Mahmud Məmməd-Quliyev və Vasil Bodnar Bakıda görüş keçiriblər. Bu barədə kraynanın Bakıdakı səfirliyi məlumat verir.
“Görüş zamanı tərəflər ikitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Xüsusilə, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) çərçivəsində layihələrə dair fikir mübadiləsi aparılıb”, - məlumatda deyilir.
Bildirilir ki, Bondar bütün üzv ölkələri üçün reallaşdırılması faydalı olacaq biznes, İT-texnologiyalar və innovasiyalar kimi sahələrdə QDİƏT çərçivəsində birgə layihələrin əhəmiyyətini qeyd edib.
Bundan başqa, həmçinin diplomatlar QDİƏIT-in İşgüzar Şurasının fəaliyyətinin restrukturizasiyası, startaplara start vermək, yüklərin daşınması prosedurunun təkmilləşdirilməsi, “elektron icazə” layihəsinin reallaşdırılması, həmçinin rəqəmsal dövlət xidmətlərinin sinxronlaşdırılması və gömrük və sərhəd prosedurlarının Blockchain texnologiyası ilə harmonizasiyası kimi gündəliyə daxil olan məsələləri müzakirə ediblər.
Eyni zamanda, tərəflər işgüzar təkliflərin, onlayn işgüzar görüşlərin və tematik biznes forumların reallaşdırılması məqsədilə elektron məlumat bazasının yaradılmasına dair QDİƏT-in fəaliyytinin güclənməsinin vacibliyini qeyd ediblər.
“Bundan başqa, görüşdə QDİƏT təşkilatı çərçivəsində qarşılıqlı əlaqə məsələləri müzakirə olunub”, - diplomatik missiya vurğulayır. **
X.Nəsirzadə