Milli Hidrometeorologiya Xidməti fevralın 24-də ölkə ərazisində hava şəraitinin kəskin dəyişdiyini bildirir.
“Neft Daşları stansiyasının məlumatına əsasən Xəzərdə dalğanın hündürlüyü 6 metrə çatıb”, - deyə Xidmətdən “İnterfaks-Azərbaycan” agentliyinə məlumat verilib.
Düşən yağıntının miqdarı Bakıda 18 mm, Sumqayıtda və Abşeron yarımadasında 16 mm-dək olub. Azərbaycanın digər bölgələrində yağıntının miqdarı 1-23 mm arasında dəyişir.
Qar örtüyünün hündürlüyü üzrə ən yüksək göstəricilər Sarıbaşda (Qax – 47 sm) və Şahdağda (Quba - 27 sm) qeydə alınıb.
Küləyin sürəti üzrə ən yüksək göstəricilər Neftçalada (28 m/s) və Naftalanda (24 m/s) qeydə alınıb.
Bakıda küləyin sürəti 23 m/s təşkil edir.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 4-5 dərəcə isti təşkil edir.*
X.Nəsirzadə