Bu gün Bakıda hava şəraitinin pisləşməsi ilə əlaqədar yolların və səkilərin buz bağlaması nəticəsində müxtəlif dərəcəli bədən xəarətləri alan 22 nəfər təcili yardıma müraciət edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumat verilib.
“24 fevral saat 13:00-a qədər olan məlumata görə, hava şəraiti ilə əlaqədar 22 nəfər (10 kişi, 12 qadın) yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılardan 2-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya yerləşdiriliblər”, - deyə məlumatda bildirilir.*
X.Nəsirzadə