Azərbaycanda koronavirus infeksiyasına 220 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 233,644 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 223 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib, ölənlərin ümumi sayı 3 206 nəfərə çatıb.
Virusa yoluxmuş 228,157 min nəfər (sutka ərzində +145) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 2 min 281 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7915 (ötən gün 8,043 test), hazırkı dövrədək isə ümumilikdə 2 milyon 571,016 min test aparılıb.*
Ə.Məmmədov