“Enerji Məsələlərini Tənzimləmə Agentliyi” publik hüquqi şəxs kompüter və şəbəkə avadanlıqlarının satın alınmasına 306 min manatdan çox vəsait yönəldəcək.
www.tender.gov.az saytında dərc olunmuş məlumata görə, «Infinitech» MMC ilə müvafiq müqavilə bağlanıb.
Müqavilənin dəyəri 306,313 min manatdır.
Enerji Məsələlərini Tənzimləmə Agentliyi Prezident İlham Əliyevin 22 dekabr 2017-ci il tarixli fərmanı ilə yaradılıb.
Agentlik Energetika Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Agentliyin fəaliyyətinin məqsədi müvafiq sahənin səmərəli işini, dayanıqlı inkişafını və şəffaflığını təmin etmək, nəzarət mexanizmlərini təkmilləşdirməklə bu sahəni inkişaf etdirmək, göstərilən xidmətləri bazar iqtisadiyyatının tələblərinə uyğunlaşdırmaq, habelə sözügedən xidmətlərin sahibkarlar üçün əlçatanlığını təmin etməkdir.*
B.Rüstəmbəyov