“Azərişıq” ASC mobil tətbiqi dəstəkləyən kart oxuyucuların satın alınmasına 2 milyon manatdan çox vəsait yönəldəcək.
www.etender.gov.az saytında dərc olunmuş məlumata görə, “Azərişıq” “Merkaba-Soft” MMC ilə kart oxuyucuların satın alınması haqqında müqavilə bağlayıb.
Müqavilənin dəyəri 2,065 milyon manatdır.
Azərbaycan Prezidentinin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə “Bakıelektrikşəbəkə” ASC “Azərişıq” ASC-yə çevrilib.
“Azərişıq” ASC-nin funksiyalarına Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini satın almaqla istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatı daxildir.*
N.Abbasova