Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının (Aİ) qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyi ilə telefon danışığı olub. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
“Tərəflər bölgədə mövcud olan cari vəziyyəti, habelə münaqişənin təsirinə məruz qalan insanlara Avropa İttifaqının mümkün dəstək mexanizmlərini müzakirə ediblər”, - deyə məlumatda bildirilir.
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.*
B.Rüstəmbəyov