Çərşənbə günündən etibarən Bakıda hava şəraitinin pisləşməsi ilə əlaqədar yolların və səkilərin buz bağlaması nəticəsində müxtəlif dərəcəli bədən xəarətləri alan 64 nəfər təcili yardıma müraciət edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumat verilib.
“24 fevral tarixindən etibarən Bakıda hava şəraiti ilə əlaqədar 64 nəfər (35 kişi, 29 qadın) yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılardan 5-i yerində yardım göstərilib, digərləri xəstəxanaya yerləşdiriliblər”, - məlumatda bildirilir.**
X.Nəsirzadə