Martın 14-dən etibarən Pakistan İnternational Airlines (PİA) aviaşirkəti Lahor-Bakı istiqamətində birbaşa reylərin həyata keçirilməsinə başlayır.
“PİA-nın cədvəlinə əsasən, martın 14-dən Bakıya birbaşa reyslər açılacaq. Uçuşlar həftədə iki dəfə Lahordan yerinə yetiriləcək”, - Pakistan mətbuatı aviaşirkətin bəyanatına istinadən məlumat verir. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verib.
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) məlumatına görə, Pakistanla Azərbaycan arasında birbaşa reyslərin açşılmasına çoxdan tələbat var idi. Bu yolda vaxtın 3 saatdan az azalmasına imkan yaradacaq. **
N.Abbasova