24-25 fevral tarixlərində Bakıda hava şəraitinin pisləşməsi ilə əlaqədar yolların və səkilərin buz bağlaması nəticəsində müxtəlif dərəcəli bədən xəarətləri alan 71 nəfər təcili yardıma müraciət edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumat verilib.
“Fevralın 24-dən 25 fevral saat 13:00-a olan vəziyyətə görə, Bakıda hava şəraiti ilə əlaqədar 71 nəfər (38 kişi, 33 qadın) yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılardan 6-na yerində yardım göstərilib, digərləri xəstəxanaya yerləşdiriliblər”, - məlumatda bildirilir.**
X.Nəsirzadə