Azərbaycan 2020-ci ildə İtaliyaya 11 milyon 779 min 705 ton neft ixrac edib ki, bu da 2019-cu ilin göstəricisindən 2,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
İtaliyaya ixrac edilmiş neftin dəyəri $4 milyard 121 milyon 246,1 min (azalma 25,6%) təşkil edib.
2020-ci ildə Azərbaycandan neft ixracının 40,6%-i İtaliyanın payına düşüb.
Hesabat dövründə Azərbaycan neftinin ən iri alıcıları sırasına Çin ($386 milyon 274,02 min dəyərində 2 milyon 58 min 942,7 ton), Xorvatiya ($487 milyon 782,61 min dəyərində 1 milyon 644 min 245,7 ton), Hindistan ($452 milyon 729,63 min dəyərində 1 milyon 328 min 751,5 ton), Yunanıstan ($487 milyon 262,88 min dəyərində 1 milyon 410 min 874,8 ton), İsrail ($434 milyon 440,2 min dəyərində 1 milyon 167 min 519,5 ton), Ukrayna ($296 milyon 88,6 min dəyərində 1 milyon 110 min 543,3 ton) və İspaniya ($327 milyon 657,48 min dəyərində 1 milyon 6 min 144,1 ton) daxil olub.
Xəbər verildiyi kimi, 2020-ci ildə Azərbaycandan ixrac olunmuş $9 milyard 363 milyon 507,68 min dəyərində neftin bəyan edilmiş həcmi 29 milyon 23 min 125,3 ton təşkil edib.**
N.Abbasova