Martın 13-dən etibarən «Ukrayna Beynəlxalq Hava Yolları» aviaşirkəti («UkraineInternational Airlines») Kiyevdən Bakıya uçuşları bərpa edir. Bu barədə şirkətdən məlumat verilir.
“UİA 2021-ci il martın 13-dən uçuşların yerinə yetirilməsui və Kiyevdən Bakıya reyslərin bərpası ilə bağlı Azərbaycan hökumətindən icazə alıb. Ukrayna və Azərbaycanın paytaxtları arasında birbaşa hava əlaqəsi bərpa olunacaq”, - məlumatda qeyd olunur. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
Şirkətin məlumatına görə, aprelin sonunadək UİA həftdə iki dəfə - çərşənbə axşamı və şənbə günləri Heydər Əliyev Hava Limanına uçuşlar yerinə yetirməyi planlaşdırır. Borispol aroportundan uçuş yerli vaxtla 09:40-da, Bakıya eniş yerli vaxtla 15:00-da olacaq. Uçuş müddəti – 3 saat 20 dəqiqədi. Bakıdan Kiyevə uçuş yerli vaxtla 16:00-da, Kiyevə eniş 17:50-də olacaq.
Aprelin 27-dən Kiyev-Bakı-Kiyev marşrutu ilə uçuşlar həftədə 4 dəfə (çərşənbə axşamı, çərşənbə, cümə və şənbə) yerinə yetiriləcək. **
N.Abbasova