Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı Bakının Xəzər rayonunda Şağan Reabilitasiya Pansionatının əsaslı təmirdən sonra açılışında iştirak edib.
Dövlət başçısının saytındakı məlumata əsasən, Əliyev pansionatda yaradılan şəraitlə tanış oldu.
Pansionat 2003-cü ildə istifadəyə verilib. Ötən il isə burada əsaslı təmir işləri görülüb.
Yenidən qurulan 250 çarpayılıq pansionat ildə 5 min nəfərədək xəstə qəbul edə bilər. Bu tibb müəssisəsində ürək, qan-damar, oynaq-hərəkət, əsəb sistemi, endokrin xəstəliklərdən əziyyət çəkənlərə xidmət göstəriləcək.
Əsas xidmətlər isə funksional diaqnostika, fizioterapiya müalicəsi, tibbi vannalar, müalicəvi bədən tərbiyəsi, sosial-psixoloji reabilitasiyadır. **
X.Nəsirzadə