Rusyalı hərbi ekspert, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko erməni hərbçilərin baş nazir Nikol Paşinyanın istefasına nail olmaq şanslarının aşağı olduğunu hesab edir.
“Əgər qiyamçı generallar özlərini dəstəkləmək məqsədilə İrəvanın küçələrinə tankları çıxarmayıblarsa - Paşinyanı devirmək şansları mühüm dərəcədə azalır”, - Korotçenko özünün Telegram kanalında yazıb.
Eyni zamanda, o qeyd edib ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti Telegram məkanında Aram Qabrelyanovun sifarişi ilə əcnəbi və erməni vətəndaşlarının həyata keçirdikləri dövlət çevrilişinə çağırışları sənədləşdirir.
Korotçenko bildirib ki, gələcəkdə prosessual qərarlar qəbul olunacaq. **
X.Nəsirzadə