Yaxın zamanda Rusiyanın “Slada” qənnadı fabriki (Tümen vilayəti, İşim şəhəri) Azərbaycanda hədəf tərəfdaşlara məhsulların ilk nümunələrini göndərəcəklər.
“Fevralın 17-də ixracın dəstəklənməsi üzrə Regonal Mərkəzin onlayn biznes missiyası zamanı bu barədə razılıq əldə olunub”, - Tümen vilayəti İxraca Dəstək Mərkəzi məlumat verir.
“İnterfaks-Azərbaycan”ın məlumatına görə, İşim qənnadı fabriki məhsullarının Mərkəzi Rusiyadan Vladivostoka qədər tədarükünü həyata keçirir.
“Slada” qənnadı fabrikindən başqa Azərbaycanla onlayn biznes missiyasında Tümenin daha bir neçə şirkətinin rəhbərləri iştirak ediblər. Danışıqlar zamanı potensial alıcılar “Alkor” müəssisəsindən və “Promtexsnab” Ticarət Evinin avtomobilləri üçün ehtiyat hissələrinin tədarükçüsündən distribyutorlar vasitəsilə məhsulların tədarükünə dair qiymətlər və məlumat istəyiblər. İnnovativ gübrə istehsalçıları, “Orqanika” və “Evrika” şirkətləri danışıqları davam etdirəcəklər”, - məlumatda deyilir. **
B.Rüstəmbəyov