Azərbaycan qabaqcıl texnologiyaların inkişafına hazırlıq səviyyəsi üzrə 158 ölkə arasında 100-cü yerdə qərarlaşıb.
Bu barədə cümə axşamıCenevrədə dərc olunan BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) hesabatında məlumat verilir. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
Nəticədə, Azərbaycanın indeksi 0,3 bal təşkil edib və ölkə Venesuela və Kabo-Verde arasında 100-cü yerdə qərarlaşıb.
Eyni zamanda, UNCTAD-ın ekspertləri İKT-nin tətbiqi üzrə Azərbaycanı 70-ci, elmi-tədqiqat və təcrübə-konstruktor fəaliyyəti üzrə -90-cı, maliyyələşmə üçün imkanlar üzrə - 120-ci, sənaye fəaliyyəti üzrə - 154-cü yerə layiq görüb.
Reytinqdə ilk 3 mövqeyi müvafiq olaraq ABŞ, İsveçrə və Böyük Britaniya tutub. Həmçinin, İsveç, Siqapur, Niderland Krallığı, Cənubi Koreya, Almaniya və Danimarka onluğa daxil olub.
Reytinqdə Rusiya 27-ci, Türkiyə - 55-ci, İran – 71-ci, Gürcüstan – 79-cu, Ermənistan – 83-cü yerdə qərarlaşıb.
İndeksi sıfıra bərabər olan Qambiya və Konqo Demokratik Respublikası reytinqə yekun vurub. **
Ə.Məmmədov