Rusiyalı politoloq, “Siyasi Araşdırmalar İnstitutu” MMC-nin baş direktoru Sergey Markov əmindir ki, Ermənistanda mümkün dövlət çevrilişi İrəvanın Dağlıq Qarabağa dair üçtərəfli razılıqların riayət olunmasına təsir etməyəcək.
“Paşinyanın devrilməsi Dağlıq Qarabağ dair sülh razılaşmasının pozulmasına gətirməyəcək”, - Maarkov özünün Facebook səhifəsində yazıb.
Onun sözlərinə görə, hazırda Ermənistan müxalifətinin baş nazir Nikol Paşinyanı hakimiyyətdən devirə biləcəyini demək çətindir.
Eyni zamanda, o qeyd edib ki, Rusiya Ermənistanda hakimiyyətin güc yolu ilə devrilməsinə qarşıdır.
“Rusiya Paşinyana qarşıdır, lakin məhz Ermənistan rəhbərinin güc yolu ilə devrilməsinə qarşıdır. Ancaq İrəvanda camaat hərbçilərlə birlikdə Paşinyanı hakimiyyətdən devirsələr, o zaman Rusiya Ermənistan xalqının istənilən seçimini qəbul edəcək. Və Lukaşenkonun ümid etdiyi böyük dəstəyi (Rusiyadan - İF) Paşinyan əldə etməyəcək. Paşinyanın devrilməsi Ermənistanın KTMT-də və Avrasiya İqtisadi İttifaqındakı üzvlüyünə də təsir etməyəcək”, - politoloq belə hesab edir. **
X.Nəsirzadə