Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” Anlaşma Memorandumunu təsdiq edib.
2021-ci il yanvarın 21-də Azərbaycan ilə Türkmənistan arasında Xəzərdə “Dostluq” (əvvəlki adı “Kəpəz”) yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı və işlənilməsinə dair Anlaşma Memorandumu imzalanıb.
Fevralın 22-də Milli Məclis “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” Anlaşma Memorandumunuratifikasiya edib.
Azərbaycan yaxın zamanda Türkmənistanla “Dostluq” yatağının işlənilməsi üzrə son müqavilə imzalamağı ümid edir.
Öncə Türkmənistan tərəfi bəyan edib ki, Rusiyanın “LUKOYL” neft şirkəti yatağın mənimsənilməsində iştirak edəcək.
“Dostluq” yatağı 1986-cı ildə azərbaycanlı mütəxəssislər tərəfindən kəşf edilib. Azərbaycan tərəfinin məlumatına görə, yatağın neft ehtiyatları təqribən 50 milyon ton həcmində qiymətləndirilir.**
Ə.Məmmədov