Azərbaycanda koronavirus infeksiyasına 126 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 233,77 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 220 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib, ölənlərin ümumi sayı 3 209 nəfərə çatıb.
Virusa yoluxmuş 228,299 min nəfər (sutka ərzində +142) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 2 min 262 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 438 (ötən gün 7 915 test), hazırkı dövrədək isə ümumilikdə 2 milyon 576,454 min test aparılıb.**
B.Rüstəmbəyov