Ermənistan Müdafiə Nazirliyi bəyan edib ki, ordunu siyasi proseslərə qarışdırmaq yolverilməzdir.
“Ermənistan silahlı qüvvələri respublikanın sərhədlərini tam qoruyur və təhlükəsizliyi təmin edir. Ordu – siyasətdən uzaq strukturdur və onu siyasi proseslərə qarışdırmaqla bağlı istənilən cəhdlər yolverilməzdir”, - Ermənistan MN-nin bəyanatında deyilir.
Nazirlikdə hesab edirlər ki, istənilən bu cür cəhd Ermənistanın sabitliyi və təhlükəsizliyinə təhdiddir. **